Keçid linkləri

2017, 27 May, şənbə, Bakı vaxtı 17:46

NATO-Rusiya danışıqları bərpa olunur


NATO-nun baş katibi Yaap de Hoop Sxeffer
NATO-nun baş katibi Yaap de Hoop Sxeffer bildirir ki, alyans Rusiya ilə yüksək səviyyəli danışıqları bərpa edir. Bu barədə Alyansa daxil olan ölkələrin xarici işlər nazirləri martın 5-də Brüsseldə keçirdikləri görüşdə razılıq əldə ediblər.

NATO-nun Moskva ilə yüksək səviyyəli danışıqları ötən ilin avqustunda Rusiyanın Gürcüsxtana hərbi müdaxiləsinə görə dondurulmuşdu.

Rusiyanın Xarici İşlər Nazirliyi də NATO nazirlərinin bu qərarını alqışladığını bildirib.

Bu gün ABŞ-ın dövlət katibi Hillari Klintonda nazirlərin toplantısındakı çıxışında Rusiya ilə əlaqələrin inkişaf etdirilməsinin zamanı olduğunu demişdi. Klinton həmçinin Ukrayna və Gürcüstanın NATO-ya üzvlüyü üçün qapıların açılmasına çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG