Keçid linkləri

2024, 15 Sentyabr, bazar, Bakı vaxtı 04:02

Müxalifət təşviqat qrupunun növbəti görüşünə icazə verilib


«Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı»nın növbəti görüşü martın 6-da keçiriləcək. Belə ki, bu təşviqat qrupunun seçicilərlə daha bir qapalı görüşünə icazə verilib.

«Media forum»un məlumatına görə, görüş «Qarabağ» (keçmiş «Pioner») kinoteatrında keçiriləcək.

«Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı»na Müsavat, Xalq Cəbhəsi, Demokrat, Vətəndaş və İnkişaf, Liberal, Ümid partiyaları daxildir.

Qrupun ilk qapalı görüşü martın 1-də paytaxtın «Təbriz» kinoteatrında keçirilmişdi.
XS
SM
MD
LG