Keçid linkləri

2024, 03 Mart, bazar, Bakı vaxtı 07:29

İslamçı yaraqlılarla mübarizədə iqtisadi tədbirlər təklif olunur


Amerika qanunvericiləri islamçı ekstremistlərlə mübarizədə iqtisadi tədbirlər təklif edir. Konqresmenlərin təklifi budur ki, Əfqanıstan və Pakistanla həmsərhəd rayonların sakinləri burada istehsal olunan malları Amerikaya vergisiz-filansız ixrac etsinlər.

Qanun layihəsinin məqsədi iqtisadiyyatı inkişaf etdirmək, yeni iş yerlərini yaratmaqla islamçı yaraqlılara qarşı müqaviməti artırmaqdır.

Layihəni ABŞ prezidenti Barak Obamanın administrasiyası dəstəkləyir.

Hələ ki, sənədin nə zaman Konqresə səsə qoyulacağı məlum deyil.
XS
SM
MD
LG