Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 22:10

Fələstin İranı daxili işlərinə qarışmamağa çağırıb


Fələstin Muxtariyyatının prezidenti Mahmud Abbas və ABŞ Dövlət Katibi Hillari Klinton İranı fələstin xalqının münasibətlərinə müdaxiləyə son qoymağa çağırıb.
Hər iki rəsmi martın 4-də İordan çayının qərb sahilində Ramallahda görüşüb.

Mahmud Abbas deyib ki, İranın müdaxiləsi ancaq fələstinlilər arasında fikir ayrılıqlarının dərinləşməsinə səbəb olur.

Bundan öncə İranın Ali Ruhani lideri Ayətullah Əli Xamneyi bütün müsəlmanları Fələstinin İsrailə qarşı müqavimətinə qoşulmağa çağırmışdı.

İran Mahmud Abbasın rəqibi olan Həmas hərəkatını dəstəkləyir. Həmas hazırda Qəzza zolağına nəzarət edir.
XS
SM
MD
LG