Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:52

Manatı nə gözləyir?


Azərbaycanın yeni manatı
Azərbaycanın yeni manatı

Azərbaycanın qonşularında, əvvəlcə Rusiyada, sonra da Ermənistanda milli valyutanın kəskin ucuzlaşması Azərbaycan manatının taleyindən də narahatlıqları artırır.

Milli Məclisin iqtisadi Siyasət Komissiyasının üzvü, millət vəkili Vahid Əhmədov hesab edir ki, hökumət bazara müdaxiləni dayandırsa, yəni manatı ayaqda saxlamaq üçün pul xərcləməsə 1 dollar 1 manat 50 qəpiyə qədər bahalaşa bilər. Halbuki indi 1 dollar 80 qəpik civarındadır.

Milli Bank manatın qiymətini bu səviyyədə saxlamağa ayda təxminən 150-160 milyon dollar pul xərcləyir. Bu da ildə iki milyard dollara yaxın pul deməkdir.

Azərbaycan qəpiyi

Vahid Əhmədov hesab edir ki, ola bilər Azərbaycan hökuməti bu qədər xərci uzun müddət çəkməsin:

"Əlbəttə, indiki maliyyə böhranı şəraitində manatın bu səviyyədə saxlanması insanlara çox lazımdır. Çünki, manat ucuzlaşmır, qiymətlər bir qədər aşağı düşür və insanların daha çox mal almaq imkanları yaranır.

Amma vəziyyəti uzun müddət belə saxlamaq dövlətə çox baha başa gəlir. Yəqin ki, hökumət uzun müddət buna gedə bilməyəcək. Qlobal maliyyə böhranı hələ xeyli davam edəcək. Ola bilər ki, müəyyən müddətdən sonra hökumət bu məsələyə yenidən baxsın".

Milli Bankın sədri Elmar Rüstəmov da ötən həftənin sonunda keçirdiyi mətbuat konfransında bildirirdi ki, son bir neçə ayda maliyyə böhranı ilə əlaqədar Rusiyada rublun kursu kəskin aşağı düşəndə Azərbaycan bazarında da təlaş yaranıb. Amma Milli Bank bazara müdaxilə edərək manatın kəskin ucuzlaşmasının qarşısını alıb.

Yanvar və fevral aylarında Milli Bankın bu məqsədlə 300 milyon dollar valyuta satdığını deyən Elman Rüstəmov hökumətin həmin siyasəti davam etdirəcəyini bildirib:

Köhnə Azərbaycan manatı

"Həm devalvasiyanın, həm də manatın sabitliyinin qorunmasına dair arqumentlər var. Biz hesab edirik ki, manatın dəyərinin qorunması barədə arqumentlər daha güclüdür. Ona görə də hər kəsi əmin edirəm ki, Azərbaycanda devolvasiya gündəlikdə deyil. Biz manatı qoruyacağıq".

Elman Rüstəmov bildirir ki, manatı sabit saxlamağa Azərbaycanın ehtiyyatları kifayət qədərdir. O, bildirib ki, ölkənin indiki ehtiyyatları dövriyyədə olan manatın ümumi həcmindən iki dəfə çoxdur.

Millət vəkili Vahid Əhmədov da bir səviyyəyə qədər manatın sabit saxlanmağının tərəfdarıdır. Amma o hesab edir ki, həm bu sahəyə külli miqdarda xərcləri azaltmaq, həm də daxili istehsalı həvəsləndirmək üçün yavaş-yavaş manatı sərbəst buraxmaq lazımdır:

"Amma yenə də bu, bazara hansı miqdarda müdaxilə ilə bağlı qəbul ediləcək qərarlardan asılıdır. Ola bilər, ayda 150 milyon dollar yox, 50 milyon dollar buraxılsın. Bunun ən yaxşı variantı Rusiyanın atdığı addımdır. Yəni, yumşaq keçid. Yavaş-yavaş rublu sərbəst buraxdılar ki, insanlar çox da sərt dəyişiklilər hiss etməsinlər. Ermənistada olduğu kimi qəfil buraxmaq olmaz".

Millət vəkili Vahid Əhmədov və Milli Bankın sədri Elman Rüstəmov manatın sabit saxlanmasına ehtiyyatların kifayət qədər olduğunu desələr də Ermənistanda baş verənlərdən sonra bu cür fikirlər manatında da ucuzlaşacağı barədə narahatlıqları azaltmır.

2006-cı il iyunun 21-də Bakıda valyuta kursları

Yerli qəzetlər hələ Ermənistandan hadisəsindən əvvəl qeyd edirdilər ki, Azərbaycan hökumətində bir qədər sərbəst buraxılmasına dair fikirlər var.

Ancaq, martın 18-də keçiriləcək referendum ərəfəsində manatın ucuzlaşması kimi qeyri-populyar addımdan çəkinir.

Müstəqil ekspertlər həmin referendumdan sonra Azərbaycan hökumətinin də manatın kursunu bir qədər sərbət buraxacağını, yəni dolların bahalaşa biləcəyini deyirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG