«Nyu York Times»in Avropa nəşri olan «İnternational Herald Tribune» qəzetinin martın 4-də çıxan sayında «Bərq vuran mədəniyyətlərarası inci» adlı məqalə dərc edilib. Yazının müəllifi oxucuları Üzeyir Hacıbəyovun «Leyli və Məcnun» operasının «İpək Yolu» ansamblının ifasındakı yeni təqdimatının tarixcəsi ilə tanış edir.
«Azərbaycanın ən hörmətli müğənnilərindən biri Alim Qasımov nə qədər ki, özünü tanıyır, hər ilin sentyabrında Bakıdakı Opera və Balet Teatrının səhnəsinə çıxaraq Məcnun rolunu ifa edir», - deyə qəzet yazır.
Yazıda deyilir ki, «Leyli və Məcnun» operası Azərbaycan mədəniyyətinin incisi sayılır, onun müəllifi Üzeyir Hacıbəyovun ad günü isə Azərbaycanda milli bayram kimi qeyd edilir.
Məqalədə «Leyli və Məcnun» əfsanəsindən, eyniadlı operanın yaranma tarixindən, Azərbaycan muğamından söhbət açılır.
Yazıda həmçinin Alim Qasımovla «İpək yolu» ansamblının birgə layihəsinin tarixi, ilkin olaraq simfonik orkestr üçün yazılan əsərin bir-neçə ifaçıdan ibarət qrupa necə uyğunlaşdırılması haqda məlumat verilir.