Keçid linkləri

2024, 09 Oktyabr, çərşənbə, Bakı vaxtı 02:08

Prezidentlərin uşaqlıq arzuları


İlham Əliyev ailəsi ilə birlikdə
İlham Əliyev ailəsi ilə birlikdə
İlham Əliyev: «Uşaqlıqda biz hamımız müharibə oyunları oynayırdıq, hamımız özümüzü böyük sərkərdələr kimi təsəvvür edirdik»

Barak Obama və Heydər Əliyev

Onları memar olmaq arzuları birləşdirir. Amerikanın yeni prezidenti seçkidən qabaq ABC telekanalına müsahibəsinə demişdi ki, uşaqlıqda bir «buket» arzusu olub, amma ən ali kresloya iddia edəcəyini təsəvvür etməyib:

«Mən düşünürdüm ki, günlərin bir günü memar ola bilərəm. Mən nəsə tikmək ideyasını xoşlayırdım. Amma sonradan o arzuya nə olduğunu bilmirəm».

Bundan başqa, Obama basketbolçu olmaq arzusuyla yaşayıb, amma sonra anlayıb ki, onun bacarığı peşəkar basketbolçu olmaq üçün bəs etmir:

«Mən hakim də olmaq istəmişəm. Amma teliklə anladım ki, bütün günü hakim stolu arxasında oturmağa elə bir hövsələm yoxdur».

Obama kimi Azərbaycanın keçmiş prezidenti Heydər Əliyev də memar olmaq istəyib. Onun oğlu, hazırkı dövlət başçısı İlham Əliyev bu yaxınlarda «Azərbaycan» qəzetində dərc olunan xatirələrində yazır:

Heydər Əliyev, 1930
«Naxçıvanda pedaqoji texnikumu bitirdikdən sonra memar olmaq arzusu atamı 1939-cu ildə Bakıya gətirdi. Ancaq tale başqa cür hökm verdi. Faşizm ilə müharibə gənc memarın planlarını alt-üst etdi. O, iki ildən də az oxudu və hərbi xidmətə çağırıldı. Öz doğma Naxçıvanının generallarının ənənələrini davam etdirdi! Axı bu şəhər yalnız öz memarları və yazıçıları ilə deyil, həm də öz sərkərdələri ilə məşhurdur. Hələ çarizm dövründə general rütbəsinə yüksəlmiş ilk azərbaycanlı hərbçilər naxçıvanlı idilər. «Orqanlar»a gələrək orada əsrin dörddə biri qədər xidmət edən Heydər Əliyev Azərbaycan tarixində ilk DTK general-mayoru oldu».

Angela Merkel gimnast tiri üzərində

Almaniyanın kansleri Angela Merkel keşiş ailəsində dünyaya gəlib, mühafizəkar mühitdə böyüyüb. İndiki işi də çox ciddi fəaliyyət sahəsinə aiddir. Amma xanım Merkel bir müddət qabaq Almaniyanın qadın jurnallarının birinə öz uşaqlıq arzusu haqda danışıb. Deyib ki, arzusu gimnast olmaq və köndələn tir üzərində müvazinəti saxlamağın sirlərinə yiyələnmək olub. Amma o, çox tez anlayıb ki, bu arzu ona uyğun deyil.

Barak Obama (sağda) ögey atası Lolo Soetoro, bacısı Maya Soetoro və anası Ann Dunhamla birlikdə, 1970
Fransanın hazırkı dövlət başçısı Nikola Sarkozinin isə uşaqlıq arzusu elə prezidentlik olub. Anası danışırmış ki, bu arzu Nikolada hələ 7 yaşında olarkən yaranıb.

28 yaşında o, Parisin rayonlarının birinin meri olub, 33 yaşında deputat seçilib. 38 yaşında isə Sarkozi büdcə üzrə nazir təyin edilib. Bura onu da əlavə etmək lazımdır ki, Sarkozi immiqrant ailəsindən çıxıb. Bu da bəzən böyük ambisiyaların qarşısında baryerə çevrilə bilir.

İraqın keçmiş prezidenti Səddam Hüseyn uşaqlıqda istəyib ki, böyüyəndə «Cip»i, tapançası və binoklu olsun. Bunu diktatorla uşaqlıqda yoldaşlıq etmiş İbrahim Zobedi BBC-yə müsahibəsində danışır:

«Səddamın uşaqlığı kasıbçılıq içində keçib, atalığı ona nifrət etdiyi üçün Səddamı əmisi böyüdüb».

Zobedi xatırlayır ki, Səddam heç kəsin onu sevmədiyini düşünürdü. O deyir ki, Səddam sakit uşaq idi, amma 14 yaşında onu döyən müəllimini öldürmək istəmişdi.
Səddam Hüseyn
Baxmayaraq ki, gecə vaxtı müəllimin qapısını açan qardaşını ayağından yaralayan şəxsin Səddam olduğunu sübut etmək mümkün olmamışdı.

«9-cu sinifdə DTK-ya məktub yazdı»

Uşaq vaxtı Rusiyanın keçmiş prezidenti, hazırkı Baş naziri Vladimir Putinin stolunun üstündə hansısa kəşfiyyatçının şəkli də varmış. Bunu onun şagird yoldaşı Viktor Borisenko xatırlayır. O deyir ki, Putin casuslar haqqında filmlərə baxmağı da çox xoşlayırdı. Amma Putin böyüyəndə kəşfiyyatçı olmaq arzusu barədə şagird yoldaşlarına heç nə deməmişdi.

Bununla belə, Putin sonradan etiraf edirdi ki, uşaqlığının ən böyük arzusu təhlükəsizlik orqanlarında çalışmaq idi. O, hələ 9-cu sinifdə oxuyanda DTK-nın Leninqrad bölməsinə müraciət edib və kəşfiyyatçı olmaq istəyini bildirib. Komitədən isə Putinə deyiblər ki, əvvəl ali hüquq təhsili alsın, sonra onlara müraciət etsin.

Beləliklə, 1970-ci ildə Putin Leninqrad Dövlət Universitetinin hüquq fakültəsinə daxil olur. Universitetdə oxuyarkən alman dilini öyrənir, dzü-do və sambo üzrə idman ustası olur. Əlbəttə ki, Almaniyadakı sovet kəşfiyyatında çalışmaq üçün bundan gözəl keyfiyyətlər ola bilməzdi.

Məktəbli Putin
Rusiyanın indiki prezidenti Dmitri Medvedevin isə laboratoriya məşğələlərinə böyük həvəsi varmış. Onun böyüyəndə kimyaçı olmaq arzusu da burdan qaynaqlanırdı. Amma böyüyəndə o, Leninqrad Dövlət Universitetinin hüquq fakültəsini seçdi.

Bundan başqa, balaca Dmitrinin ən böyük arzusu indiki Kreml sarayında, əvvəllər Qurultaylar Sarayı adlanan binada təşkil edilən yolka şənliyində iştirak etmək olub. Amma onu heç vaxt dəvət etməyiblər.

Bu arzu Medvedev Baş nazirin müavini olanda həyata keçib. O, özü bu barədə uşaqlara deyib:

«O vaxt mənə çatan yalnız atamın Moskvadan Leninqrada gətirdiyi hədiyyə olub. Bu, mənim həyatımda ən dadlı konfetlər idi, əvvəla, ona görə ki, Kremldən gətirmişdilər, ikincisi də doğrudan da çox dadlı idi. O vaxt konfet məsələsi çətin idi».

Hillari Klinton isə NASA-ya məktub yazıb

Elə bilirsiz ancaq keçmiş SSRİ-də ən populyar uşaqlıq arzusu «kosmonavt olmaq» idi. Amerika prezidentliyinə ən şanslı namizədlərdən sayılan, amma Demokrat Partiyasından prezidentliyə namizəd olmaq yarışını Barak Obamaya uduzan,
Medvedev nənələri və anası ilə birlikdə. Dmitrinin 3 yaşı var
sonradan Dövlət katibi təyin edilən Hillari Klintonun da uşaqlıq arzusu ulduzlara yüksəlmək olub:

«1961-ci ildə prezident Kennedi Amerikanın Aya enmək planlarına start vermişdi və mənim 14 yaşım vardı. Mən NASA-ya məktub yazdım və soruşdum ki, kosmonavt olmaq üçün nə etmək lazımdır?».

Amma kosmik agentlikdən Hillariyə cavab veriblər ki, onlar qızları kosmonavtlığa götürmürlər. Bu, Hillarini qəzəbləndirib, amma deyir ki, şükürlər olsun ki, qadınlara qarşı belə ayrı-seçkilik dövrü artıq arxada qalıb.

Sonda isə Azərbaycan prezidentinin uşaqlıq arzuları haqda. İlham Əliyev general olmaq istəyib. O, bunu 2007-ci ilin sonunda Moldova televiziyasına verdiyi müsahibədə deyib:

«Uşaqlıqda mən general olmaq istəyirdim. Atam Heydər Əliyev general olanda mənim altı yaşım vardı. Əlbəttə, hərbi forma, general poqonları bütün uşaqlar üçün xüsusi ehtiram predmetidir.
Hillari Klinton
Uşaqlıqda biz hamımız müharibə oyunları oynayırdıq, özümüzü böyük sərkərdələr kimi təsəvvür edirdik. Mənə gəldikdə isə, hər gün generalı evimizdə görürdüm. Buna görə də təbii ki, mən də atam kimi general olmaq arzusunda idim. Mən general olmadım, lakin bütün başqa məsələlərdə atam kimi olmağa çalışıram».
XS
SM
MD
LG