Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:21

Gəncədə 10 təşviqat qrupu işə başlayıb


Azərbaycanda Konstitusiya dəyişikliyi ilə bağlı referendum martın 18-də keçiriləcək
Azərbaycanda Konstitusiya dəyişikliyi ilə bağlı referendum martın 18-də keçiriləcək
Artıq seçki bülletenləri Gəncə şəhəri üzrə 4 dairəyə gətirilib və onlar seçki gününə ən azı 5 gün qalmış yaşayış məntəqələrinə paylanacaq.

Gəncədə «Nizami», «Şəhər», «Hüquq və Demokratiya», «Vətəndaş Cəmiyyəti», «Kəpəz», «Zəka» , «Davamlı İnkişaf Naminə», «Yeni Azərbaycan», «Metallurq» və «Tərəqqi» adlı 10 təşviqat qrupları təbliğat və təşviqat işlərinə başlayıb.

Məlumatı «Azadlıq» radiosuna şəhərdəki dairə seçki komissiyalarından veriblər.

Azərbaycanda Konstitusiya dəyişikliyi ilə bağlı referendum martın 18-də keçiriləcək.

Əsas Qanunun 29 maddəsinə 41 əlavə və düzəliş təklif edilib. Əsas müzakirə olunan dəyişiklik bir nəfərin iki dəfədən çox prezident seçilməsini qadağa edən maddənin ləğvidir. Referendum təşəbbüsünü hakim Yeni Azərbaycan Partiyası irəli sürüb.
XS
SM
MD
LG