Keçid linkləri

2024, 12 Oktyabr, şənbə, Bakı vaxtı 00:56

ABŞ Suriyaya iki vasitəçi göndərəcək


ABŞ dövlət katibi Hillari Klinton deyir ki, Amerika ilkin danışıqlar aparmaq üçün Suriyaya iki vasitəçi göndərəcək. Dövlət katibi Yaxın Şərqdə «aqresiv diplomatiyanı» sülhə yönəltməyə çalışır.

ABŞ və Suriya arasında münasibətlər keçmiş prezident Corc Buşun administrasiyasının rəsmi Dəməşqi terrorizmi dəstəkləməkdə günahlandırdıqdan sonra soyumuşdu. Buş administrasiyası Suriyanı həm də İraqdakı yaraqlılara onun ərazisindən silah daşınmasına göz yummaqda günahlandırırdı.

XS
SM
MD
LG