Keçid linkləri

Təcili xəbərlər
2021, 24 Sentyabr, Cümə, Bakı vaxtı 02:15

Metyu Brayza İlham Əliyevlə radioların məsələsini müzakirə edib


Metyu Brayza
«Bir neçə gün bundan əvvəl prezidentlə xarici radioların məsələsini müzakirə etmişik».

Bu barədə «Azadlıq» radiosuna ABŞ Dövlət katibinin yardımçısının müavini Metyu Brayza deyib.

M. Brayza radioların yayımının bərpası üçün danışıqların davam etdiyini deyib:

«Bütün danışıqlarda olduğu kimi, İlham Əliyev bu danışıqlar zamanı da öz komandasının mövqeyinə təsir etmək istəmir. Ümumiyyətlə isə, mənə elə gəlir ki, danışıqlar irəli gedir. «Azadlıq» radiosu, BBC və demokratik islahatları müzakirə etdik. Mənim təəssüratım budur ki, danışıqlar irəli gedir. Ümid edirəm ki, razılıq tezliklə əldə olunacaq, çünki bu ikitərəfli münasibətlər üçün çox önəmlidir».

Bu ildən Milli Teleradio Şurası «Azadlıq», «Amerikanın səsi» və BBC-nin milli tezlikdə yayımını dayandırıb. Şura hesab edir ki, xarici radioların yerli tezlikdə yayımlanması qanuna ziddir.

Şərhlər (6)

Bu forum dayandırılıb
XS
SM
MD
LG