Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:02

Xodorkovskiyə əlavə 22 il?


Bu gün Moskvada keçmiş oliqarx Mixail Xodorkovskinin yeni məhkəməsində ilkin dinləmə başlanıb.

Hazırda həbs cəzasını çəkən Xodorkovskiyə qarşı yeni ittihamlara görə o, təxminən 25 milyard dollar məbləğində pulun mənimsənilməsinə və 14 milyard dollar pulun yuyulmasına köməkdə ittiham olunur.
Bu ittihamlar təsdiq olunsa, Xodorkovskiyə əlavə 22 il həbs verilə bilər.

Xodorkovskinin özü və tərəfdarları isə deyirlər ki, o, siyasi məhbusdur. Keçmiş oliqarxın sözlərinə görə, onu Kreml hədəfə alıb ki, onun siyasi ambisiyalarına son qoysun və onun Yukos neft şirkətini ələ keçirsin.

XS
SM
MD
LG