Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:21

Həmsədrlər Bakıya qayıdıblar


ATƏT-in Minsk Qrupunun həmsədrləri Metyu Brayza, Yuri Merzlyakov və Bernar Fasie martın 3-ü yenidən Azərbaycana qayıdıblar. Bu haqda Azadlıq radiosuna ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat veriblər.

Fevralın 27-də Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüş keçirən həmsədrlər daha sonra Xankəndi və Yerevana gediblər. Burada onlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair Ermənistan prezidenti və xarici işlər naziri ilə danışıq aparıblar. Həmsədrlər jurnalistlərə açıqlamasında bildiriblər ki, Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü yaxın aylar ərzində baş tuta bilər. Bernar Fasie bildirib ki, prezidentlərə bir neçə tarix təklif olunacaq və görüşün vaxtı tərəflər arasında razılaşdırılacaq.
XS
SM
MD
LG