Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:55

Avropa Şurasının Konqresi referendumu təxirə salmağa çağırır


Yan Mikallef
Yan Mikallef
Avropa Şurası Yerli Hakimiyyətlər Konqresinin Bürosu rəsmi Bakını martın 18-də Azərbaycan Konstitusiyasına dəyişikliklər haqda referendumu təxirə salmağa çağırıb.

Bu çağırış martın 2-si Konqresin Bürosunun bəyanatında səslənib.

Bununla yanaşı Venesiya Komissiyasının və yerli özünüidarəetmə haqda Avropa xartiyasının mövqeyinə istinad edilir.

Konqresin Bürosu qurumun prezidenti Yan Mikallefin fevralın 5-də səsləndirdiyi bəyanatı xatırladır.

Y.Mikallef Konstitusiyanın 146-cı maddəsinə (Bələdiyyələrin müstəqilliyinin təminatı) təklif edilən dəyişikliklərin Azərbaycan tərəfindən 2002-ci ildə imzalanmış yerli özünüidarəetmə haqda Avropa xartiyasının müddəaları ilə mümkün ziddiyyəti ilə bağlı Baş nazir Artur Rəsi-zadəyə narahatçılığını bildirmişdi.

Bəyanatda qeyd olunub ki, 146-cı maddəyə təklif edilən dəyişikliklər hökumət tərəfindən bələdiyyələrin fəaliyyətinə nəzarəti nəzərdə tutur ki, bu da ciddi narahatçılıq və problemlər yaradır.

Eyni zamanda, Büro referendumu təxirə salmağı və təklif edilən düzəlişlər barədə Venesiya komissiyasının mövqeyini gözləməyi təklif edir. / Turan /
XS
SM
MD
LG