Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:43

Rusiyada regional seçkilərin nəticələri açıqlanacaq


Rusiyada şəhər şuralarına, meriyalara və regional parlamentlərə keçirilən seçkilərin nəticələri martın 3-ü bəlli olacaq. Vladimir Putinin rəhbərlik etdiyi Birləşmiş Rusiya Partiyasının üstünlük qazanacağı gözlənir. Rusiya mediası bildirir ki, Moskvanın 200 kilometrliyində yerləşən Vladimir regionunda və uzaq şimal regionu olan Nenetsdə partiyanın nəticələri gözlənildiyindən aşağı ola bilər.

Keçən həftə baş nazir Vladimir Putin demişdi ki, iqtisadi böhran gözlənildiyindən daha uzun çəkə bilər və Rusiya çətin anlarını yaşayır.

Rusiyada şəhər şuralarına, meriyalara və regional parlamentlərə seçkilər martın 1-i keçirilib. Kommunistlər və başqa müxalifət partiyaları seçkidə pozuntular olduğunu iddia ediblər.

Müşahidəçilər bildirirlər ki, bu seçki qlobal iqtisadi böhranla üzləşmiş Rusiyanın hakim elitası üçün həm də bir sınaq olacaq.
XS
SM
MD
LG