Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:11

Qəzzaya yardım edəcək donorlar Misirdə bir araya gəlirlər


Qəzzada yenidən qurma işlərinə yardım etməyi planlaşdıran beynəlxalq donorlar martın 2-i Misirdə bir araya gələcəklər. İsrailin Qəzzada apardığı 22 günlük hərbi əməliyyatlar zamanı yaşayış binaları, xəstəxanalar, məktəblər və bir çox digər infrastruktur dağıdılmış və min üç yüz fələstinli həlak olmuşdu.

Fələstinin baş naziri Salam Fayyadi bildirib ki, yenidən qurma işləri üçün üç milyard dollara yaxın vəsait tələb olunur. ABŞ dövlət katibi Hillari Klintonun Qəzzada bərpa işləri üçün üç yüz milyon dollar, Fələstin hakimiyyəti üçün isə altı yüz milyon dollar vəsait ayıracağı gözlənilir.

Qəzzaya nəzarət edən və Avropa Birliyi və ABŞ-ın terrorist təşkilatı hesab etdityi Həmas isə Şarm-əl-Şeyxdə baş tutacaq konfransa dəvət olunmayıb.
XS
SM
MD
LG