Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 04:34

Ermənistanda kütləvi mitinq keçirilib


Müxalifətin minlərlə müdafiəçisi martın 1-də Yerevanın mərkəzində mitinq keçirib. Mitinq bir il əvvəl prezident seçkilərindən sonra 10 nəfərin ölümü ilə nəticələnmiş toqquşmaların birinci ildönümü münasibətilə təşkil edilib. Keçmiş prezident, müxalifətin indiki lideri Levon Ter-Petrosyan da çıxış edib. Hakimiyyətin siyasətini tənqid edən Ter-Petrosyan tərəfdarlarını növbədənkənar prezident seçkilərinin keçirilməsi üçün davamlı dinc mübarizəyə çağırıb.

Ötən il martın 1-də hüquq-mühafizə orqanları ilə prezident seçkisinin elan olunan rəsmi nəticələrinə etiraz edən müxalifət fəalları arasında toqquşmada mitinqçilərdən səkkiz nəfər, polisdən isə iki nəfər öldürülmüşdü.
XS
SM
MD
LG