Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:11

Gəncə bazarında narkotik əməliyyatı


Gəncənin mərkəzi bazarı bir neçə gündür ki, bağlıdır
Gəncənin mərkəzi bazarı bir neçə gündür ki, bağlıdır
Gəncənin mərkəzi bazarında narkotik maddələrin satışı ilə bağlı xeyli vaxtdır ki, əməliyyat işinə başlanılıb. Bu barədə «Azadlıq» radiosuna Gəncə şəhər Polis İdarəsinin rəis müavini İlqar Balakişiyev məlumat verib.

Onun sözlərinə görə, polis idarəsinə daxil olan məlumatlarda narkotik maddələrin satışında satıcılar və bazarın bir çox işçilərinin əli olduğu bildirilir:

«Bizə uzun müddətdir belə məlumatlar daxil olub. Həmin vaxtdan araşdırmalara başlamışıq. Hələlik bir çox faktlar öz təsdiqini tapmasa da, bəzi nəticələr əldə olunub. Araşdırmalar davam edir».

Rəis müavini narkotik satışı ilə bağlı istintaq əməliyyatlarının bazarın bağlanmasında heç bir rolu olmadığını deyir.

Gəncənin mərkəzi bazarı bir neçə gündür ki, bağlıdır. Bazarın bağlanması ilə bağlı verilən ilkin açıqlamada buradakı sanitar-epidemioloji vəziyyətə istinad olunurdu.
XS
SM
MD
LG