Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:16

Daha bir Azərbaycan gəmisi saxlanılıb


Qazaxıstanın ərazi sularında Azərbaycana məxsus daha bir gəmi saxlanılıb. APA-nın məlumatına görə fevralın 27-də Kumaktı burnu yaxınlığında yük gəmisi saxlanılıb.

Manqıstau vilayətinin su polisi idarəsinin baş müstəntiqi Zinur Karajanovun sözlərinə görə gəmi qeyri-qanuni balıq ovu ilə məşğul olarkən onun heyəti saxlanılıb. O bildirib ki, gəmidə olan 8 nəfərlik heyət üzvlərinin hamısı Azərbaycanın Neftçala rayonunun sakinləridir. Gəmidə 500 kq nərə, 100 kq artıq siyənək balığı, balıqçılıqda istifadəsi qadağan olan alətlər aşkarlanıb.

Faktla bağlı Qazaxıstan Cinayət Məcəlləsinin 287-ci maddəsi ilə cinayət işi başlanılıb.

Fevralın 25-də də Qazaxıstanda saxlanan Azərbaycana məxsus“YURD-225” balıqçı gəmisində olan 8 nəfərlik heyət üzvlərinin də hamısı Azərbaycan vətəndaşlarıdır.
XS
SM
MD
LG