Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:49

Ağdamda 3 erməninin tutulduğu xəbər verilir


Ağdamın Ergi düzündə üç erməni tutulub.

Yerli sakinlərin ANS PRESS-in bölgə müxbirinə verdikləri məlumata görə, onlar gecə saat 1radələrində ərazidəki fermalaradan birinə yaxınlaşaraq yemək və su istəyiblər.

Onların erməni olduqlarını başa düşən sakinlər onları saxlayaraq yaxınlıqdakı hərbi hissəyə təhvil veriblər.
Yaxalanan şəxslər hərbi formada olub və onların Azərbaycan Ordusunun nəzarətində olan ərazilərə keçməkdə məqsədləri hələ bilinmir.

Müdafiə Nazirliyinin mətbuat xidməti isə ANS-ə bu barədə onlarda məlumat olmadığını bildirib.
XS
SM
MD
LG