Keçid linkləri

2026, 31 May, bazar, Bakı vaxtı 05:50

Avropa Birliyi rəsmisi Qəzzaya səfər edib

Avropa Birliyi xarici siyasət idarəsinin rəhbəri Haviyer Solana Qəzza zolağına səfər edib. Solana Həmas qruplaşmasın iki il əvvəl Qəzzada nəzarəti ələ keçirməsindən sonra regiona səfər edən ilk yeksək rütbəli Avropa Birliyi rəsmisidir. Haviyer Solana regondakı BMT rəsmiləri və Fələstin icma liderləri ilə görüşüb, lakin Həmas nümayəndələri ilə görüşdən boyun qaçırıb. Bunun Avropa Birlyinin yaraqlı qrupunu boykot eləməsi ilə əlaqələndirirlər.

Haviyer Solana Həmas və onun rəqibi olan fələstin fraksiyası Fətah arasında yenidən barışma cəhdini dəstəklədiyini deyib.
XS
SM
MD
LG