ABŞ prezidenti Barak Obama deyib ki, ABŞ Əfqanıstana əlavə qoşun göndərməyi planlaşdırsa da orada uzunmüddtəli hərbi fəaliiyət göstərmə niyyətində deyil. Amerika televiziyalarından birinə müsahibə verən prezident Obama deyib ki, Əfqanıstan «özü üçün işğalçı hesab etdiyi qüvvələrə müqavimət» tarixinə malikdir və ABŞ da bunu nəzərə alır.
Lakin Obama qoşunun Əfqanıstandan nə vaxt çıxarıla biləcəyini açıqlamayıb. ABŞ prezidenti Əfqanıstana əlavə on yeddi min nəfərdən ibarət qoşun göndərilməsi əmri verib.
Lakin Obama qoşunun Əfqanıstandan nə vaxt çıxarıla biləcəyini açıqlamayıb. ABŞ prezidenti Əfqanıstana əlavə on yeddi min nəfərdən ibarət qoşun göndərilməsi əmri verib.