Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:29

Elman Rüstəmov: «Ölkədə pul kütləsi 15 faizə qədər azalıb»


«Ölkədə pul kütləsi 15 faizə qədər azalıb. Yerli bankların xarici banklar qarşısında öhdəliklərini yerinə yetirməsi zamanı təxminən 1,5 milyard dollarlıq vəsaitin dövriyyədən çıxarılmasını iqtisadiyyata zərər kimi qiymətləndiririk».

Bu sözləri Milli Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov fevralın 27-də keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, iqtisadiyyatı canlandırmaq üçün pul emissiyasına ehtiyac var.

Amma Milli Bankın sədri dövriyyəyə buraxılacaq pul kütləsinin məbləğini açıqlamır. O, hesab edir ki, ölkədə ciddi inflyasiya yaratmaması üçün pulun məbləği düzgün planlaşdırılmalıdır.

E.Rüstəmov bu ilin inflyasiya proqnozunu 5-6 faiz civarında verir. Onun fikrincə, bu, həm əhali, həm də biznes strukturları üçün optimal rəqəmdir.
XS
SM
MD
LG