Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 12:36

Müxalifətə yenə Bibiheybət təklif olundu


Bakı Şəhər İcra Hakimiyyəti «Qarabağ və Respublika Uğrunda» Vətəndaş Hərəkatının martın 1-də mitinq keçirməklə bağlı müraciətinə cavab verib. Meriya mitinqi Bibiheybətdə keçirməyi tövsiyə edib.

Hərəkatdan «Media forum» saytına bildiriblər ki, müxalifət meriyanın göstərdiyi yerdə mitinq keçirməyəcək.

«Qarabağ və Respublika Uğrunda» Vətəndaş Hərəkatı aksiya üçün 8 yerdən birini istəmişdi – «Azneft» meydanı, Hüseyn Cavid bağı, Tofiq Bəhramov adına stadionun qarşısı, metronun «Nərimanov» stansiyasının qarşısı, Əzizbəyov heykəlinin önü, Füzuli meydanı, Cəfər Cabbarlı meydanı və Teletatrın qarşısındakı meydan.

Bundan başqa, müxalifət 8 rayonda da mitinq keşirmək üçün müraciətlər edib. Həmin müraciətlərdən yalnız 3-ü cavablandırılıb. Sabirabad, Lənkəran və Sumqayıtda müxalifətin istədiyi yerlərdən heç birisində mitinq keçirilməsinə icazə verilməyib.

Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı deyib ki, Sabirabad və Sumqayıtda şəhər kənarında yerləşən, aksiya üçün uyğunsuz stadionlar, Lənkəranda isə şəhərdən 6 kilometr aralıdakı Olimpiya kompleksi təklif olunub:

«Bu yerlərin heç biri mitinq keçirilməsi üçün uyğun deyil».

Adıçəkilən rayonların icra hakimiyyətləri müxalifətə qapalı görüşlər üçün yerlər təklif ediblər. A.Hacılı deyib ki, həmin yerlərdə görüşlərin keçirilməsi istisna olunmur.
XS
SM
MD
LG