Keçid linkləri

2025, 13 May, çərşənbə axşamı, Bakı vaxtı 17:51

ABŞ qoşunlarının İraqdan çıxma tarixi bu gün məlum olacaq


Bu gün ABŞ prezidenti Barak Obamanın İraqdan hərbi qüvvələrin çıxarılması müddətini elan edəcəyi gözlənir. Rəsmilər prezidentin İraqdakı 142 min nəfərlik hərbi kontingentin əsas hissəsinin geri çəkiləcəyi barədə elan verəcəyini deyirlər. Qoşunun çıxarılması da ya qarşıdakı 18 ayda, ya 2010-cu ilin avqusutna qədər başa çatmalıdır.

Gələn xəbərlərə görə ordunun əsas hissələri İraqdan çıxarılsa da ABŞ-ın maraqlarının müdafiəsi və İraq qüvvələrinə yardım məqsədilə 50 min nəfərdən ibarət hərbi qüvvə İraqda qalacaq.
XS
SM
MD
LG