Keçid linkləri

Təcili xəbərlər
2021, 01 Mart, Bazar ertəsi, Bakı vaxtı 02:40

«Banklara vaxt lazımdır»


«Azərbaycan banklarının xarici banklar qarşısında öhdəliklərini yerinə yetirirlər, amma ölkədə kredit verilməsində azalma müşahidə olunur». Bunu Milli Bankın sədri Elman Rüstəmovun deyib. Onun sözlərinə görə, dünya maliyyə böhranı nəticəsində xarici mənbələr yoxa çıxıb: «Əmanətlərin artımı isə baş vermir, sabit qalıb. Əmanətin qoyulmasında cüzi azalma var. Buna görə də banklar üçün daxili əlavə mənbələr tapılmalıdır».

Elman Rüstəmovun fikrincə, ölkədə bankların kredit verilməsində yaranan ləngimə həm də bu sektorun bazara daha ehtiyatlı yanaşması ilə bağlıdır: «Bankların vəsaitləri var, amma onlar əmin olmalıdırlar ki, verdikləri kredit geri qayıdacaq. Ona görə də riski qiymətləndirmək üçün banklara vaxt lazımdır. Banklarda həm də əminlik olmalıdır ki, problem yaranarsa, hökumətin dəstəyi olacaq. Biz hazırda Nazirlər Kabineti ilə birgə bu təkliflərin üzərində işləyirik».
XS
SM
MD
LG