Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:34

İnsan haqları müdafiəçisinə Qırğızıstana giriş qadağan olundu


Moskvada yerləşən «İnsan haqları memorialı qrupunda» proqram direktoru olan Vitali Ponomaryevə Qırğızıstana daxil olmağa icazə verilməyib. Ponomaryev deyib ki, ola bilsin ki, qurumun keçən ay dərc etdiyi hesabatda Qırğızıstanda vəziyyətin acınacaqlı olduğu göstərildiyi üçün qırğız rəsmiləri onun ölkəyə girişinə icazə vermirlər.

Qurumun mətbuata açıqlamasında qırğız jurnalistlərinə istinadən bildirilib ki, Qırğızıstan Milli Təhlükəsizlik Komitəsi fevralın 24-ü Ponomaryevin ölkəyə gəlməsinə beş il qadağa qoyub. Qırğızıstan insan haqları qrupu bu qadağanı pisləyib.
XS
SM
MD
LG