Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə hakim Nazim Mövsümovun sədrliyi ilə dövlətə xəyanətdə təqsirli bilinən Azərbaycan Ordusunun keçmiş əsgəri Emin Quliyevə hökm oxunub.
Məhkəmədən «Turan»a verilən məlumata görə, E.Quliyev Azərbaycan Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirli bilinərək, 14 il müddətinə azadlıqdan məhrum edib.
İttiham aktına görə, E.Quliyev 1993-cü ilin martından noyabrına qədər Ermənistanda əsirlikdə olub.
O, əsirlikdə olan müddətdə azərbaycanlı əsirlərə qarşı pis rəftar etməkdə, əsirlər arasında olan söhbətləri ermənilərə çatdırmaqda və erməni televiziyalarında Azərbaycan əleyhinə müsahibə verməkdə təqsirləndirilib.
1993-cü ilin noyabrında isə Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin vasitəçiliyi ilə əsirlikdən geri qaytarılıb.