Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:37

Ermənistanın ABŞ-dakı səfirliyi qarşısında etiraz aksiyası


Ermənistanın ABŞ-dakı səfirliyi qarşısında Xocalı faciəsinin ildönümü ilə bağlı etiraz aksiyası
Ermənistanın ABŞ-dakı səfirliyi qarşısında Xocalı faciəsinin ildönümü ilə bağlı etiraz aksiyası
Fevralın 25-də Vaşinqtonda yaşayan azərbaycanlılar Ermənistanın ABŞ-dakı səfirliyi qarşısında Xocalı faciəsinin ildönümü ilə bağlı etiraz aksiyası keçiriblər.
Aksiyanın iştirakçısı Emin Millinin sözlərinə görə, qırxa yaxın etirazçı «Ermənistan, Azərbaycan torpaqlarını tərk et», «Qarabağda erməni terroru», «Biz qonşularımıza hörmət edirik, siz də qonşularınıza hörmət edin» və bu kimi şüarlar deyib.

Xocalıdakı qırğının günahkarlarının ədalət mühakiməsinə çıxarılmasını tələb ediblər.

Ermənistan səfirliyi etirazçıların bəyannaməsini qəbul etməkdən imtina edib.
Ermənistan səfirliyi etirazçıların bəyannaməsini qəbul etməkdən imtina edib


Nyu-Yorkda yaşayan azərbaycanlı amerikalılar da Xocalı faciəsini anmaq üçün fevralın 26-da və sonrakı günlərdə BMT-nin qərargahının önündə və Kolumbiya universitetinin qarşısında tədbirlər keçirəcəklərini elan ediblər.

Fevralın 24-də isə Corc Vaşinqton Universitetində Xocalı qırğınının ildönümü ilə bağlı konfrans keçirilib. Tədbir zamanı Montana Universitetinin professoru Tomas Qoltz Qarabağda baş verənlər barədə həqiqətlərin Amerikanın tədris sisteminə salınmasının vacibliyi barədə danışıb.

Universitetdə Xocalı hadisələrini əks etdirən sərgi keçirilib və film göstərilib.

Corc Vaşinqton Universitetində Xocalı qırğınının ildönümü ilə bağlı konfrans-sərgi
Fevralın 26-da Londonda yaşayan azərbaycanlıların Britaniya parlamentinin önündə aksiya keçirəcəyi gözlənilir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə keçmiş sovet ordusunun Xankəndində yerləşmiş 366-cı motoatıcı alayının köməyi ilə erməni silahlı birləşmələri Xocalıya hücum edib. 613 nəfər, o cümlədən 63 uşaq qətlə yetirilib, yüzlərlə insan yaralanıb. 1275 nəfər Xocalı sakini əsir və ya girov götürülüb, 150 nəfərin taleyi isə indiyədək naməlumdur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG