Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:20

Obama maliyyə sektoru üzərində nəzarətin gücləndirilməsini istəyir


Barak Obama Konqresi maliyyə sektoru üzərində nəzarəti gücləndirməyə çağırıb. ABŞ prezidenti bunun üçün müvafiq qanunların qəbul edilməsini istəyib.

Obama bildirib ki, qaydaların yeniləşdirilməsi gələcəkdə iqtisadi problemlərin təkrarlanmasının qarşısını almaq və sadə istehlakçıları müdafiə etmək üçün lazımdır.

Bununla belə prezident qeyd edib ki, yeni qaydalar bazarın fəallığını boğmamalıdır. O bu yolla rəqabətin, inkişafın artacağını deyib.

Obamanın bu fikirlərindən sonra Amerikanın əsas birja indeksi Dou Cons təxminən 1 faiz aşağı düşüb.
XS
SM
MD
LG