Keçid linkləri

2024, 13 Oktyabr, bazar, Bakı vaxtı 10:54

Amerika Azərbaycanda insan haqlarının vəziyyətini pisləyib


Vaşinqtonda Kapitol binası
Vaşinqtonda Kapitol binası
ABŞ Dövlət Departamentinin dünyada insan haqlarının vəziyyətinə dair illik hesabatının Azərbaycana aid hissəsində deyilir ki, ölkədə insan haqlarının vəziyyəti pis olaraq qalır, bəzi sahələrdə isə daha da pisləşib. Ötən ilin oktyabrında keçirilmiş prezident seçkilərində ictimaiyyətin dinc yolla hökuməti dəyişmək hüququ məhdudlaşdırılıb. Bundan başqa ölkədə sərbəst toplaşmaq hüququ və din azadlığının pozulduğu, kütləvi informasiya vasitələrinin təzyiqlərə məruz qaldığı bildirilir.

Hesabatda polis şöbələrində insanların döyüldüyü, onlara işgəncə verildiyi , 3 halda bunun ölümlə nəticələndiyi, həbsxanalarda şəraitin ağır olduğu və siyasi motivli həbslərin hələ də davam etrdiyi qeyd olunur.

Hesabatda daha sonra məhkəmə və hüquq mühavizə orqanları da daxil olmaqla dərin kök salmış korrupsiyanın hələ də davam etdiyi bildirilir.

Hesabatda həmçinin qadınlara qarşı zorakılıq, insan qaçaqçılığı, cinsi istismar və məcburi əməyin hələ də problem olaraq qaldığı bildirilir.
XS
SM
MD
LG