Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:24

Abbasi Cavan azadlığa buraxılıb


Ailəsindən «Azadlıq» radiosuna Abbasi Cavanın hazırda evində olduğunu təsdiqləyiblər
Ailəsindən «Azadlıq» radiosuna Abbasi Cavanın hazırda evində olduğunu təsdiqləyiblər
Azərbaycanlı fəal Abbasi Cavan azadlığa çıxıb.

Abbasi Cavan bacısı oğlu ilə birlikdə ötən il noyabrın 13-də Rey şəhərində tutulub. Onlar 1906-1914-cü illər konstitusiya hərəkatının lideri Səttarxanı anma mərasiminə qatılarkən həbs ediliblər.

Ailəsindən «Azadlıq» radiosuna Abbasi Cavanın hazırda evində olduğunu təsdiqləyiblər. Ancaq Abbasi Cavan müsahibə verməkdən imtina edib.

Hüquq müdafiəçilərinin verdiyi məlumata görə, azərbaycanlı fəal Tehranın Evin həbsxanasının İran təhlükəsizliyinə aid olan 209 nömrəli bölümdə saxlanılıb.

Abbasi Cavan 2007-ci ildə də Tehranda yaşadığı mənzilində həbs olunaraq, 130 gün Evin zindanının 209-cu korpusunda saxlanmışdı. Həmin həbs dövründə beynəlxalq təşkilatlar onun fiziki və mənəvi işgəncələrə məruz qaldığını bildirmişdilər.

Daha sonra Tehran İnqilab Məhkəməsi onu bir illik həbs cəzasına məhkum edib.

Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyası Abbasi Cavanı vicdan məhbusu kimi tanıyıb.
XS
SM
MD
LG