Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:11

Söhrab Tahir: «Yazacaqlarım ömrümün qalan hissəsindən daha çoxdur»


Söhrab Tahir
Söhrab Tahir
«Yazacaqlarım ömrümün qalan hissəsindən daha çoxdur. Arxivimdə vaxtilə topladığım və çap etdiriləsi xeyli materiallar, müsahibələr var».

Xalq şairi Söhrab Tahir «Azadlıq» radiosunun «Tanınmışlar» verilişinə belə deyib.

Söhrab Tahir SSRİ-yə gəlişini xatırlayır:

«SSRİ-yə yük qatarında gəldik. İranda eşitmişdik ki, burada krantlardan su əvəzinə süd, bal, bəhməz gəlir. Amma sərhədi keçəndə qatarın yanı ilə ayaqyalın uşaqların qaçaraq «çörək, çörək» - deyə qışqırdıqlarını gördük. Əvvəl elə bildik bizi ələ salırlar. Sonra yoxlamaq üçün onlara çörək atdıq. Və uşaqların çörəyi bir anın içində necə didişdirib dağıtdıqlarını görəndə eşitdiklərimizin həqiqət olmadığını anladıq…»

Buna da bax:

XS
SM
MD
LG