Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:27

Amerikada səhmlərin qiyməti qalxıb


Səbəb Amerika Mərkəzi Bankının başçısının deməsidir ki, bu ilin sonunacan hökumət Amerika iqtisadiyyatını tənəzzüldən çıxara bilər.
Dow Jones indeksi son 12 ildə ən aşağı həddə düşəndən bir gün sonra, çərşənbə axşamı əsas səhmlərin ortalama qiyməti 3 faiz artıb.

Nyu York bazarında neftin bir barelinin qiyməti isə 40 dollara yaxınlaşıb.

Vaşinqtonda, Senat komitəsində çıxışında Federal Rezerv Sisteminin sədri Ben Bernanke inandığını bildirib ki, 2010-cu iləcən iqtisadi dirçəliş başlaya bilər, əgər hökumətin proqramı planlaşdırıldığı kimi həyata keçsə. Bernanke onu da deyib ki, Amerika hökuməti böyük bankları almağı planlaşdırmır.
XS
SM
MD
LG