Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:05

İraqdakı ABŞ əsgərlərinin çoxu geri qaytarıla bilər


Ağ Ev rəsmilərinin bildirdiyinə görə, prezident Barak Obama 19 ay ərzində on min nəfərə yaxın hərbiçinin İraqdan çıxarılması əmrini verməyə hazırdır. Beləliklə də 2010-cu ilin sonuna qədər ordunun böyük hissəsi İraqdan çıxarılacaq. Rəsmilərin xəbər agentliklərinə verdikləri məlumata görə, Obamanın bu əmri bu həftə ərzində verəcəyi gözlənilir.

Lakin rəsmilər bildiriblər ki, ABŞ ordusunun bir hissəsi İraqdan çıxarılsa da, İraq təhlükəsizlik qüvvələrinin təliminə cəlb olunmuş minlərlə hərbçi hələ 2011-ci ilin sonuna qədər İraqda qalacaq. İraq hökumət ilə əldə olunan razılığa görə, ABŞ 2011-ci ilin sonunadək ölkədən ordusunu bütünlükdə çıxarmalıdır. Hazırda ABŞ-ın İraqda 142 min nəfərdən ibarət ordusu var.
XS
SM
MD
LG