Keçid linkləri

2024, 08 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:12

İlham Əliyev qaz əvəzində Avropadan nə istəyir?


İlham Əliyevin Budapeştdə Çexiya Respublikasının Baş naziri Mirek Topolanek ilə görüşü, 26 yanvar 2009
İlham Əliyevin Budapeştdə Çexiya Respublikasının Baş naziri Mirek Topolanek ilə görüşü, 26 yanvar 2009
Çexiyanın Baş naziri Mirek Topolanek Xəzərin sahilində Azərbaycan prezidenti ilə nahar edəndə, İlham Əliyev ondan soruşub ki, Avropa Birliyinin sədri kimi Çexiya Azərbaycana nə təklif edə bilər? Dağlıq Qarabağ probleminin həllində kömək edə bilərmi? Ya heç olmasa, işğal olunmuş ərazilərin bir qisminin azad olunmasına yardım edə bilərmi? Ya da ki, silah verə bilərmi?

M.Topolanekin bildirdiyinə görə, Azərbaycan prezidenti deyib ki, Azərbaycan yalnız qaz satan ölkə olmaq istəmir.

Bunu Çexiyanın gündəlik «Lidove Noviny» qəzetinin baş redaktoru Lubos Plata «Transition Online»da yazır.

O da maraqlıdır ki, İlham Əliyevi maraqlandıran bir məsələ də o olub ki, demokratik islahat məsələsində Avropa Birliyi Azərbaycana nə təklif edəcək?

Xatırladaq ki, M. Topolanek iki həftə bundan qabaq Bakıda olub.

Avropa Birliyi Azərbaycan da daxil 6 keçmiş Sovet respublikasına «Şərq Tərəfdaşlığı» proqramını təklif edir.
XS
SM
MD
LG