Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:11

«Day.az» və «Today.az» layihələri satılıb


«Day.az» 2003-cü ildə yaradılıb
«Day.az» 2003-cü ildə yaradılıb
«Day.az» və «Today.az» layihələri satılıb. Bu barədə APA-ya layihələrin keçmiş baş redaktoru Elnur Baimov məlumat verib.
Onun sözlərinə görə, layihənin satılması ilə bağlı məsələləri təsisçi həll etdiyi üçün onun detallar barədə məlumatı yoxdur.

E. Baimov əlavə edib ki, o layihənin yeni təsisçisi ilə birlikdə çalışmayacaq. Kollektiv üzvlərinin də layihədə qalıb-qalmayacaqları həllik məlum deyil.

Qeyd edək ki, bu il fevralın 18-də «Day.az» və «Today.az» layihələri fəaliyyətini dayandırıb. Əvvəlcə saytlarda layihənin başa çatması barədə məlumat yerləşdirilsə də, daha sonra layihələrin fevralın 25-də fəaliyyətə başlayacağı barədə məlumat verilib. Lakin fevralın 24-də layihənin satıldığı məlum olub. Saytın təsisçisi Anar Məmmədxanov portalın fəaliyyətinin dayandırılmasını saytın texniki problemlərlə üzləşməsi ilə izah edib.

Xatırladaq ki, «Day.az» 2003-cü ildə yaradılıb. Saytın təsisçisi millət vəkili Anar Məmmədxanov idi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG