Keçid linkləri

Təcili xəbərlər
2021, 26 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:19

Bakı «Təhlükəsiz şəhər» olacaq


Fevralın 24-də prezident İlham Əliyev Bakıda Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» avtomatlaşdırılmış idarəetmə mərkəzinin açılışında iştirak edib.

Bu mərkəz paytaxtda hüquq qaydasına riayət edilməsinə nəzarətin videomüşahidə vasitəsilə həyata keçirilməsinə, fasiləsiz şəkildə canlı izlənilməsinə, qanunazidd hallara, fövqəladə vəziyyətlərə çevik reaksiya verilməsinə imkan yaradacaq.

«Təhlükəsiz şəhər» layihəsinin icrasına 10 milyon manat vəsait ayrılıb. İlkin mərhələdə Bakı şəhəri üzrə 200 nöqtədə 555 videokamera quraşdırılıb. Dövlət başçısının tapşırığına əsasən paytaxtda bütövlükdə 4 minədək kameranın quraşdırılması planlaşdırılır.

Mərkəzin qeydə aldığı qanun pozuntuları və vətəndaşlara qarşı törədilən digər hüquqazidd əməllər barədə dərhal Daxili İşlər Nazirliyinin «102» zəng xidmətinə məlumat verilir və öz növbəsində xidmət bu məlumatı yerli polis orqanlarına ötürür.
(Turan)
XS
SM
MD
LG