Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:03

Xodorkovski yeni məhkəmə qarşısında


Rusiyanın məhkəmə rəsmilərinin verdiyi məlumata görə neft maqnatı Mixail Xodorkovski Sibir həbsxanasından Moskvaya aparılıb. Moskva şəhər məhkəməsinin sözçüsü Anna Usaçeva bildirib ki, Xodorkovskinin dostu və biznes ortağı Platon Lebedev də yeni məhkəmə üçün Moskvadadır.

Baş prokuror «YUKOS» neft şirkətinin keçmiş biznes ortaqlarına qarşı yeni ittiham irəli sürüb. Onlar irimiqyaslı oğurluqda təqsirli bilinirlər. Martın 3-nə təyin olunan məhkəmədə həmçinin onlara qarşı irəli sürülmüş qeyri-qanuni maliyyə əməliyyatları məsələsinə də baxılacaq.

Xodorkovski və Lebedevin vəkilləri bu ittihamı uydurma hesab edirlər.

Rusiyanın ən zəngin adamlarından biri olan Xodorkovski 2005-ci ildə həbs olunaraq Çita şəhərindəki həbsxanaya salınıb. «YUKOS» neft şirkətinin keçmiş rəhbəri böyük məbləğdə vergidən yayınmada ittiham olunur və 8 il müddətinə azadlıqdan məhrum edilib. Xodorkovski özü isə bu ittihamları rədd edir.

XS
SM
MD
LG