Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:58

Restoranlara yeni qadağa


«Restoranlardan gələn musiqi səsinin və yemək iyinin qarşısı alınmalıdır»

Yeni Azərbaycan Partiyasından olan deputat Nizami Xudiyev Mənzil Məcəlləsi ilə bağlı çıxışında belə deyib.

«Əgər binanın birinci mərtəbəsində aptek, mağaza varsa bu heç kimə mane olmur. Amma restoran və şadlıq evləri varsa, bununla bağlı tədbirlər görülməlidir. Çünki restoranlardan gələn musiqi səsindən və yemək iyindən evdə oturmaq olmur»-, deyə deputat bildirib.

Xudiyev deyir ki, həmin obyektlərin sahibləri yemək və musiqi iyinin qarşısını alan avadanlıqlar alıb quraşdırmalıdırlar. O, Mənzil Məcəlləsində bununla bağlı məqamların öz əksini tapmasını təklif edib.
XS
SM
MD
LG