Keçid linkləri

Təcili xəbərlər
2021, 15 İyun, çərşənbə axşamı, Bakı vaxtı 06:43

M.Həsənova: «Ölkədə qeyri-qanuni ailələrin sayı artıb»


Milli Məclis fevralın 24-də Mənzil Məcəlləsini ikinci oxunuşda müzakirəyə çıxardıb
«Ölkədə qeyri-qanuni ailə qurub yaşayanların sayı qanuni nikahla yaşayanlardan çoxdur». Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Məlahət Həsənova belə deyir.

O, bildirir ki, dövlət orqanları – Ədliyyə Nazirliyi, Statistika Komitəsindən aldığı məlumatlara görə bu qənaətə gəlib. Onun sözlərinə görə belə vəziyyət sonradan boşanma zamanı mənzil problemi yaradır. Deputat Mənzil Məcəlləsi müzakirə olunarkən çıxışında belə deyib. Əlavə edib ki, bu məsələ məcəllədə nəzərə alınsın.

Spiker Oqtay Əsədov isə deputatın fikri ilə razılaşmayıb. O deyib ki, qeyri-qanuni ailə quranların sayı hansısa rayonda üstün ola bilər, amma bu göstərici bütün respublikaya şamil edilə bilməz.

Milli Məclis fevralın 24-də Mənzil Məcəlləsini ikinci oxunuşda müzakirəyə çıxardıb.
XS
SM
MD
LG