Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:05

Hillari Klinton Pakistan və Əfqanıstan rəsmiləri ilə görüşəcək


ABŞ-ın dövlət katibi Hillari Klintonun bu həftə Vaşinqtonda Pakistan və Əfqanıstan xarici işlər nazirləri ilə görüşəcəyi gözlənilir. Görüş ABŞ-ın bu ölkələrdə siyasətinin təhlili çərçivəsində həyata keçiriləcək.

ABŞ Dövlət Departamentinin məlumatına görə, H. Klinton fevralın 24-də Pakistanın XİN Şah Mahmud Qureyşi ilə görüşəcək. Əfqanıstan XİN ilə görüş isə fevralın 27-nə nəzərdə tutulub. Üç diplomatın birgə görüşü də gözlənilir.

Ötən həftə ABŞ prezidenti Barak Obama Əfqanıstanda Taliban və Əl-Qaidə yaraqlıları ilə mübarizə aparmaq üçün ora əlavə 17 min nəfərlik qoşun göndərməyə qərarı verib.

Hazırda ABŞ-ın Əfqanıstanda 38 min nəfərlik qoşunu var.
XS
SM
MD
LG