Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:18

«Respublikaçı»ların təşviqat materialı təhrif edilib


Rəsmi qəzet «Respublikaçı»ların təşviqat materialının başlığını dəyişdirib
Rəsmi qəzet «Respublikaçı»ların təşviqat materialının başlığını dəyişdirib
«Xalq qəzeti» «Respublikaçı» təşviqat qrupunun referendumla bağlı təşviqat materialını təhrif edib. Bu barədə «Azadlıq» radiosuna Müsavat partiyasının seçki departamentinin rəhbəri Gülağa Aslanlı məlumat verib.

«Bizim təşviqat materialının başlığını dəyişiblər. Material «18 mart referendumu qeyri-qanuni olduğu üçün ləğv edilməlidir» adlanırdı. Qəzet isə sərlövhəni «Respublikaçı» təşviqat qrupu 18 mart referendumunun hüquqi aspektləri barədə» adı ilə dəyişib.

Gülağa Aslanlının sözlərinə görə, «Xalq qəzeti»nin məsul redaktoru bildirib ki, qəzetin təsisçisi Prezident Aparatı olduğundan başlığı dəyişmək göstərişi də yuxarıdan gəlib.

Amma digər rəsmi qəzetlər «Azərbaycan» və «Respublika» təşviqat materialını heç bir dəyişiklik aparmadan olduğu kimi yerləşdiriblər.

«Respublikaçı» təşviqat qrupunun materialı «Xalq qəzeti»nin 20 fevral tarixli sayında dərc olunub.

Gülağa Aslanlı deyir ki, məsələ ilə bağlı «Xalq qəzeti»nə və Mərkəzi Seçki Komissiyasına şikayət ediblər. Qanunvericiliyə görə MSK 3 gün ərzində şikayətə baxmalıdır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG