Keçid linkləri

2024, 07 Dekabr, şənbə, Bakı vaxtı 02:44

12 milyard dollar Pakistanda terrorçu təhlükəsini kəsə bilməyib


Amerikanın Pakistana ayırdığı 12 milyard dollarlıq yardım Pakistan-Əfqanıstan sərhədində islamçı yaraqlı təhlükəsinə son qoya bilməyib. Amerika Konqresinin təhqiqat qrupunun yeni hesabatında belə deyilir.

Bu qrup- Ümumi Hesabatlılıq Ofisi- Amerika federal hökumətinin vergi ödəyicilərinin pullarının necə xərcləndiyini araşdırır. Qrupun hesabatına görə, Amerika və Pakistan hökumətinin altı illik cəhdlərinə baxmayaraq, Əl-Qaida «Birləşmiş Ştatlara hücum imkanlarını bərpa edib» və Pakistanın Federal Nəzarətində olan Tayfa Ərazilərində «təhlükəsiz sığınacaq tapıb». Həmin ərazi Əfqanıstanla sərhədə yaxındır.

Hesabatda deyilir ki, 2002-ci ildən bəri yaraqlıları məhv etmək üçün Birləşmiş Ştatlar Pakistana hərbi və iqtisadi yardım şəklində 12.3 milyard dollar ayırıb. Ancaq hələ də regionda bu problemi həll etmək üçün ABŞ agentliklərinin «əhatəli planı» yoxdur.
XS
SM
MD
LG