Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 13:57

Quantanamoda saxlanan Britaniya sakini ölkəsinə qayıdıb


Efiopiya əslli Binyam Mohamed Barak Obama prezident seçiləndən sonra Quantanamodan azad edilən ilk məhbusdur. Britaniyaya qayıdan Mohamed bildirib ki, terrorda şübhəli kimi saxlayandan sonra ABŞ-da ona işgəncə verilib. O, Britaniyanın kəşfiyyat orqanlarını da ona qarşı pis davramnışda ittiham edib.

Mohamedi 2002-ci ildə Pakistanda həbs ediblər. Dediyinə görə, onu gizli şəkildə təyyarə ilə Pakistandan çıxarıblar. ABŞ Mohamedi terror əməllərində ittiham etsə də keçən il ona qarşı istintaq dayandırılıb.
XS
SM
MD
LG