Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:03

AXCP üzvlərinə şərti həbs cəzası verilib


Mövsüm Əskərov və Rövşən Sadıqov yanvarın 21-də həbs olunublar
Mövsüm Əskərov və Rövşən Sadıqov yanvarın 21-də həbs olunublar
Müxalifətin referendumla bağlı təşviqat qrupu üçün imza topladıqları zaman həbs edilən AXCP-nin Sabirabad rayon təşkilatının iki üzvünə şərti həbs cəzası verilib. Məlumatı «Azadlıq» radiosuna AXCP sədrinin müavini Həsən Kərimov verib.

Sabirabad Rayon Məhkəməsinin qərarı ilə Mövsüm Əskərov 6 ay, Rövşən Sadıqov isə bir il müddətinə şərti həbs cəzasına məhkum olunublar.

Onlar narkotik vasitə saxlamaqda və polisə təzyiq göstərməkdə təqsirli biliniblər. Həsən Kərimov isə deyir ki, partiyanın hər iki fəalı mart referendumunda təşviqat aparmaq üçün yerli əhali arasında imza topladıqlarına görə saxlanıblar.

AXCP funksionerinin sözlərinə görə, onlar ittiham və məhkəmənin qərarıyla razı deyillər. Ona görə də apellyasiya şikayəti verəcəklər:

«Əgər yuxarı instansiya məhkəmələri də bu qərarı qüvvədə saxlasa, onda Avropa Məhkəməsinə üz tutacağıq».

Mövsüm Əskərov və Rövşən Sadıqov yanvarın 21-də həbs olunublar.
XS
SM
MD
LG