Fevralın 23-də Moskvada keçmiş zabitlər orduda islahatlara etiraz mitinqi keçiriblər. Vətən Müdafiəçiləri Günü münasibətilə «Sovet Zabitləri İttifaqı»nın təşkil etdiyi mitinqdə SSRİ bayraqları qaldırılıb və Rusiya ordusunda islahatlara etiraz edən şüarlar səslənib.
Keçmiş zabitlər çıxışlarında prezident Dmitri Medvedev və Baş nazir Vladimir Putinin istefasını da tələb ediblər.
Rusiya rəsmiləri bildiriblər ki, daha az sayda, amma modern ordu yaradılması üçün islahatlar həyata keçirəcəklər.