Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:23

Talibançılar Pakistanda yerli məmur və onun 6 cangüdənini tutublar


Talibançılar Svat vadisində yüksək səlahiyyətli yerli məmur və onun 6 cangüdənini ələ keçiriblər.

Röyterin məlumatına görə Xusal Xan yerli rəhbərliyin yerləşdiyi Minqora şəhərinə gedərkən tutulub.

Talibançıların nümayəndəsi Müslim Xan isə agentliyə deyib ki, Xuşal Xan onların qonağıdır və onunla bəzi məsələləri müzakirə etmək lazımdır.

Fevralın 16-da Svat vadisində daimi atəşkəslə bağlı Pakistan hökumətilə talibançılar arasında razılıq əldə olundu xəbər verilmişdi.

Amma talibançıların komandirlərindən biri deyib ki, bu məsələyə fefralın 25-də baxılacaq.
XS
SM
MD
LG