Keçid linkləri

2024, 09 Oktyabr, çərşənbə, Bakı vaxtı 20:50

Yağış Bakıda əngəllər yaradıb


Yağış Bakıda bir sıra problemlər yaradıb.

Səhər saatlarında Süleyman Tağızadə 21-də yerləşən köhnə tikili uçaraq transformator məntəqəsinin üstunə düşüb.

Bəzi yollarda nəqliyyatın və piyadaların hərəkəti iflic vəziyyətə düşüb.
Şəhərin əksər küçə və prospektlərində, xüsusi ilə çökək ərazilərdə su gölməçələri yaranıb.

Bayıl qəsəbəsində yüksək ərazilərdən axan su nəqliyyatın hərəkətində çətinliklər yaradıb. Hadisə yerində iş gedir.

Dünən gecə saatlarından başlamış kəskin hava şəraitinin sabahadək davam edəcəyi gözlənilir.

Məlumatı Ans Press agentliyi yayıb.

XS
SM
MD
LG