Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:59

İranda Xatəminin prezidentliyə namizədliyini dəstəkləyən saytlar bağlanıb


İranın hakim dairələri islahatlar tərəfdarı Məhəmməd Xatəminin prezidentliyə namizədliyini dəstəkləyən internet saytlarını bağlayıb.

Bu barədə Assoşieted Press agentliyinə islahatlar tərəfdarı olan digər siyasətçi Məcid Ənsari məlumat verib.

1997-2005-ci illərdə İranın prezidenti olmuş Məhəmməd Xatəmi yenidən prezidentlik uğrunda mübarizə aparacağını bildirib.

İyunun 12-də keçiriləcək seçkilərdə Xatəminin indiki prezident Mahmud Əhmədinijadın əsas rəqibi olacağı gözlənilir.



XS
SM
MD
LG