Keçid linkləri

2025, 12 May, Bazar ertəsi, Bakı vaxtı 10:25

Yaralı əsgər vəfat edib


Ermənistan Silahlı Qüvvələrinin yaraladığı əsgər Vasif Azadov həlak olub.

Əsgər fevralın 21-i Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan Ordusunun Tərtər rayonunun Torpaqtəpə kəndindəki mövqelərini atəşə tutması zamanı yaralanıb. Tərtər rayonundakı N saylı hərbi hospitala çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

1989-cu il təvəllüdlü Vasif Azadov İmişli rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmışdı.

Torpaqtəpə kəndindəki mövqelərin atəşə tutması nəticəsində daha bir əsgər - Orxan Axundov da yaralanıb. O, Tərtər rayonundakı hərbi hospitala yerləşdirilib

Xəbəri ANSPress agentliyi yayıb.
XS
SM
MD
LG